Para-üzgüçümüz Tokio-2020 finalına yüksəlib
Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya oyunlarında növbəti mübarizəyə qoşulub.
İdmançı 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərib.
27 yaşlı R.Saley 8 iştirakçı arasında üçüncü olub və finala yüksəlib. Final mərhələsi Bakı vaxtı ilə saat 13:11-də başlayacaq.