Aberdin" - "Qarabağ" cavab oyununa 10 mindən çox bilet satılıb
Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada keçiriləcək "Aberdin" - "Qarabağ" cavab oyununa böyük maraq var.
"Pittodri" stadionunda oynanılacaq matç üçün 10 mindən çox bilet satılıb. Satışa isə ümumilikdə 18 min bilet çıxarılıb.
Avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk görüşdə Qarabağ klubu 1:0 hesabı ilə qalib gəlib.