"Qarabağ" - AEL oyunun hakimləri məlum olub
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - AEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.
Estoniyadan olan hakimlər idarə edəcək. Kristo Tohver matçın baş hakimi olacaq. Ona yan xətlərdə Silver Koiv və Sten Klaasen köməklik göstərəcək.
"Qarabağ" - AEL oyunu avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.