Tokio 2020: Bədii gimnastika üzrə qrup hərəkətlərdə yarışlar başlayıb
Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışların qrup hərəkətlərdə proqramı başlayıb.
Bu gün komandalar təsnifat mərhələsində iştirak edir.
Azərbaycanı qrup hərəkətlərdə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokina təmsil edir.
Onlar əvvəlcə 5 topla hərəkətlərdə, daha sonra 3 halqa və iki cüt gürzlə hərəkətlərdə çıxış edəcək.
Təsnifat mərhələsində ilk 8 yeri tutan komnandalar final mərhələsinə yüksələcək.
Qeyd edək ki, Azərbaycanı fərdi proqramda təmsil edən Zöhrə Ağamirova ötən gün 87.800 xalla 18-ci yeri tutub.