Cüdoçumuz İrina Kindzerska Tokio Olimpiadasına qələbə ilə başlayıb
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio Olimpiadasına qələbə ilə başlayıb.
78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı səkkizdəbir final mərhələsində Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn cüdoçumuz dörddəbir finalda Mijin Hanla (Koreya Respublikası) üz-üzə gələcək.