Konor Makqreqor növbəti dəfə Dastin Poryeyə uduzdu
Qarışıq döyüş növü üzrə irlandiyalı idmançı (MMA) konor Makqreqor Las-Veqasda keçirilən "UFC 264" turnirinin əsas görüşündə amerikalı MMA döyüşçüsü Dastin Porye ilə üz-üzə gəlib.
İçxəbər məlumatına görə, görüş birinci raundun sonunda dayandırılıb. Belə ki, raundun sonlarına yaxın iralandiyalı döyüşçünün ayağı sınıb.
K.Maqreqor görüşü davam etdirə bilmədiyindən D.Poryeyə texniki qalibiyyət verilib.
Qeyd edək ki, yanvarın 24-də Əbu-Dabidə keçirilən "UFC 257" turnirində də K.Makqreqor D.Poryeyə uduzmuşdu.