Avro-2020: İtaliya millisi Avropa çempionatının ilk finalçısı oldu
İtaliya futbol komandası futbol üzrə Avropa Çempionatının yarımfinal matçında İspaniya millisini penaltılar seriyasında məğlub edib.
İçxəbər məlumatına görə, görüş Londonun "Uembli" stadionunda keçirilib.
Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. İtaliya yığmasının heyətində qolu Federiko Kyeza (60-cı dəqiqə) vurub. İspaniya komandasından qolu Alvaro Morato (90) vurub. Penaltılar seriyasında italyanlar daha dəqiq olublar - 4:2.
Final oyunu iyulun 11-də Londonda keçiriləcək.