Şenol Güneş: "Avropa çempionatı bizim üçün yaxşı alınmadı"

"Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik. Oyunçularımızı göstərmək və yaxşı nəticələr qazanmaq istəyirdik".
Bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
69 yaşlı mütəxəssis bildirib ki, qrupdan çıxmağı hədəfləmişdilər: "Bu gün topa sahib olan tərəf idik. Gənc komandamız var. AVRO-2020 bizim üçün yaxşı alınmadı. Oyunçuların məyus olduqlarını görürəm".