"Barselona" niderlandlı hücumçunu transfer etdi

İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.
"İÇXƏBƏR" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Fransa "Lion"unda çıxış etmiş Niderland millisinin hücumçusu Memfis Depayla müqavilə imzalanıb.
27 yaşlı forvard iki il "Barselona"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, Memfis Depay 2017-ci ildən "Lion"un formasını geyinib.