Azərbaycanın qadın tennis millisindən tarixi uğur

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Billie Jean King Cup” adlı Dünya Kubokunda iştirak edən qadınlardan ibarət tennis üzrə millimiz ilk qələbəsini qazanıb.
Yığma komandamız Umayra Həşimova, Züleyxa Səfərova və Alina Qavrişlə təmsil olunub.
III qrupun F səbətində yer alan millimiz əvvəlcə Monteneqro və CAR millilərinə uduzsa da, dünən Namibiya yığmasına 3:0 qalib gəlib. Bu, qadın millimizin ilk qələbəsi sayılır. Bununla da komandamız öz səbətində üçüncü olaraq pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, hazırda millimiz Albaniya yığması ilə qarşılaşır.