AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu

Futbol üzrə Avropa çempionatında A qrupunda II tura start verilib.
Türkiyə milisi Bakıda Uelslə üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb. Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 43-cü dəqiqədə Aaron Remsi qapıçısı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdırıb.
İkinci yarıda "ay-ulduzlular" daha daha fəal çıxış etsə də, bir neçə qol epizodunu boşa verib. 60-cı dəqiqədə Zeki Çelik cərimə meydançasının xətti üzərində Qaret Beylə qarşı kobudluq edib. Qarşılaşmanın baş hakimi Artur Diaş 11 metrlik nöqtəni göstərib. Beyl 61-ci dəqiqədə penaltidən yararlana bilməyib və topunun qapının üstündən vurub.
BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur. Şenol Güneşin baş məşqçi olduğu komanda qrupdan çıxmaq şansını çətinləşdirib.
Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq.
****
43-cü dəqiqədə Uels millisi Aaron Remsinin qolu ilə hesabı açıb. İlk hissə Uelsin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
***
Bu gün Avro-2020-nin qrup mərhələsində 2-ci tura start verilib.
Türkiyə yığması Bakıda Uelslə qarşılaşıb. Bu, qardaş ölkə komandasının Balıdakı ilk matçıdır. Bakı Olimpiya Stadionu isə turnirdə ikinci matçı qəbul edir.
Matçın baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxıblar:
Türkiyə: 23Uğurcan Çakır (GK) 2Zeki Çelik 4Çağlar Söyüncü 5Okay Yokuşlu 6Ozan Tufan 7Cengiz Ünder 9Kenan Karaman 10Hakan Çalhanoğlu 13Umut Meraş 17Burak Yılmaz (C) 22Kaan Ayhan
Uels: 12Ward (GK) 4B. Davies 6Rodon 7Allen 10Ramsey 11Bale (C) 13Moore 14C. Roberts 16Morrell 20James 22Mepham
Qeyd edək ki, Türkiyə-Uels matçını Bakı Olimpiya Stadionunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə izləyir.