"Çelsi" UEFA Çempionlar Liqasının qalibi oldu

Bu gün UEFA Çempionlar Liqasının final matçı çərçivəsində İngiltərənin "Mançester Siti" və "Çelsi" klubları üz-üzə gəliblər.
Final matçı "Çelsi"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolun müəllifi 42-ci dəqiqədə K.Haverts olub.
Beləliklə, "Çelsi" UEFA Çempionlar Liqasının qalibi olub.