Azərbaycan cudoçuları Avropa çempionatında 11 ci yerdə qararlaşıb

Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında birinci günün yarışları başa çatıb.
İçxəbər xəbər verir ki, turnirin birinci gününün yekun nəticələrinə görə, komandamız 1 bürünc medalla 11-ci sırada qərarlaşıb. Ölkələr arasında ən çox medalı Fransa komandası (1 qızıl, 1 gümüş, 2 bürünc medal) qazanıb. İtaliya yığması ikinci (1 qızıl, 1 gümüş medal), İspaniya komandası isə üçüncü (1 qızıl, 1 bürünc medal) yerlərdə qərarlaşıblar.
Yığmamızın aktivinə bürünc medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov yazdırıb.
Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır.