Azərbaycan gimnastları Bolqarıstanda Dünya kubokunda iştirak edəcək

Azərbaycan idmançıları martın 26-28-də Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Dünya kubokunda iştirak edəcək.
İÇxəbər Beynəlxalq Gimnastika Federasiyasına (FIG) istinadən məlumat verir.
Fərdi proqramda Azərbaycanı iki gimnast - Nərminə Səmədova və Arzu Cəlilova təmsil edəcək.
Qrup hərəkətlərdə komandanın tərkibində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina yer alacaq.