“Keşlə” “Кəpəz”ə, “Neftçi” “Zirə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Sonuncu oyun günündə baş tutacaq qarşılaşmalardan sonra bütün yarımfinalçılar müəyyənləşəcək.
Öncə Gəncədə yerli “Kəpəz” “Keşlə” ilə qarşılaşacaq. Bakıda baş tutan ilk matçda 0:1 hesabı ilə uduzmuş gəncəlilər bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmağa çalışacaqlar.
Mərhələnin son görüşü “Zirə” ilə “Neftçi” arasında baş tutacaq. İlk matçda rəqibinə minimal hesabla uduzan “ağ-qaralar”ın dönüş edib-edə bilməyəcəyi maraqlı gözlənilir.
Qeyd edək ki, bu iki cütün qalibi yarımfinalda bir-biri ilə qarşılaşacaq.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Qəbələ”ni 3:0, “Sumqayıt” isə “Səbail”i 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu iki kollektiv yarımfinalda üz-üzə gələcək.
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
7 fevral
14:30. “Кəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu.
İlk oyun – 0:1.
17:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
İlk oyun – 1:0.