"Neftçi"nin futbolçusu "Sumqayıt"a keçdi

"Neftçi" futbolçusu Cabir Əmirlini icarəyə verib.
"İç xəbər" klubun rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 23 yaşlı müdafiəçi mövsümün sonunadək "Sumqayıt”da çıxış edəcək.
Qeyd edək ki, keçən ilin yayında "Neftçi”yə transfer olunmuş Cabir Əmirli bu mövsüm 5 oyunda meydana çıxıb.