"Kəpəz"in fanklub üzvləri Vətən müharibəsində şücaət göstərib — FOTO

"Kəpəz"in seçilən fan klublarından “Kapaz Ultras” fanklubunun üzvləri 44 günlük Vətən Müharibəsində böyük hünər göstəriblər.
"İç xəbər" xəbərinə görə, onlardan bir nəfər şəhid olub, 7-si isə müharibədən qazi kimi qayıdıb. Daha bir nəfər isə itkin düşüb.
Siyahı belədir:
Kapaz Ultras Vətən müharibəsində:
1 şəhid, 1 itkin 7 qazi (1-i yaralı)
Şəhid - Anar Məmmədov
İtkin - Əmrah Rəcəbov
Yaralı qazi - Abel
Qazilər : Xəzər ,Rüstəm , Seymur, Kamran, Qeyis, Hənnan.
Ümumi KU üzvləri bu medallarla təltif olunublar:
Şuşanın Azad olunmasına görə medalı - Anar , Abel
Cəsur döyüşçü - Anar
Vətənə xidmətə görə - Anar
Döyüşdə fərqləndiyinə görə - Abel
Kəlbəcərin azadlığı uğrunda - Kamran , Xəzər
Füzulinin azad olunmasına görə - Hənnan