"Qarabağ" - "Qəbələ" oyunu təxirə salındı

Dekabrın 6-na nəzərdə tutulan Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” –
“Qəbələ” oyunu təxirə salınıb.
"İç xəbər" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma
Ağdam
klubunun heyətində 7 futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün baş
tutmayacaq.
Bu isə deməkdir ki, ölkə çempionatında XII turun bütün qarşılaşmaları planlaşdırılan tarixdə
keçirilməyəcək. Turun oynanılacağı vaxtla bağlı əlavə məlumat PFL-in rəsmi saytında
yerləşdiriləcək.
Qeyd edək ki, daha əvvəl "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi" və "Zirə" - "Sumqayıt"
oyunları
eyni səbəbdən təxirə salınıb.