Ronaldo koronavirusdan sağaldı

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo koronovirusdan sağalıb.
"İç xəbər" xəbər verir ki, bir müddət infeksiyadan əziyyət çəkən hücumçunun testi mənfi nəticələnib.
Ronaldo artıq “Yuventus”un məşqlərinə qatıla biləcək. O, koronavirus səbəbindən bir neçə oyunda, o cümlədən “Barselona” ilə Çempionlar Liqasının matçında (0:2) meydana çıxa bilməyib.