UEFA Peterburqun da AVRO-2020-yə ev sahibliyini ləğv edir

Avropa çempionatının formatı dəyişə bilər və bu səbəbdən Sankt-Peterburq turnirin oyunlarına ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılacaq.
"İç xəbər" xəbər verir ki, bu haqda məlumatı "The Sun” yayıb. Qərarın koronavirus pandemiyası ilə əlaqədar verilə biləcəyi ehtimal edilir.
İlk Avropa çempionatının 60-cı ildönümü şərəfinə 2020 turnirinin tarixdə ilk dəfə 12 şəhərdə keçirilməsi planlaşdırılırdısa, indi planlara yenidən baxılır. "Ən pis ssenari” varianı mövcuddur ki, buna görə AVRO-2020 bir ölkənin dörd stadionunda keçirilə bilər.
Nəşr qeyd edir ki, ilk növbədə, Sankt-Peterburq və Bakı matçlara ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.
Bu şəhərlərə əlavə olaraq Amsterdam, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Roma və Münhendə komanda görüşlərinin keçirilməsi planlaşdırılırdı.
AVRO-2020-nin keçən yay baş tutması lazım idi, ancaq koronavirusun yayılması səbəbindən təxirə salınmışdı.