Güləş üzrə dünya çempionatı ilə bağlı qərar verildi

Dünya Güləş Birliyi (UWW) dünya çempionatının 12 - 20 dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsinə qərar verib.
"İç xəbər" məlumatına görə, sərbəst, yunan-Roma və qadın güləşçilərin qatılacaqları yarışın vaxtı və yeri UWW İcraiyyə Komitəsinin
iclasında rəsmiləşib. Bu, milli federasiyalardan 70 faizinin mundialda iştiraklarını təsdiqləmələrindən sonra müəyyənləşib. Lakin yekun
qərar noyabrın 6-da çempionatın təşkili ilə əlaqədar tövsiyələr nəzərdən keçirildikdən sonra qəbul olunacaq.
Əvəzində gənclər arasında dünya çempionatı ləğv olunub.
Qeyd edək ki, dünya çempionatı Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Hələlik Azərbaycan təmsilçilərindən
sərbəst güləşçi Şərif Şərifov (97 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) olimpiadada iştirak hüququ qazanıb.