UEFA Superkubokunun qalibi müəyyənləşdi

Nəhayət ki, azarkeşlərin həyəcanla gözlədiyi oyun keçirilib. Söhbət UEFA Superkuboku uğrunda matçdan gedir. Gərgin mübarizə ilə yadda qalan oyunda “Bavariya” “Sevilya” ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən matçın 13-cü dəqiqəsində hesab açılıb. “Sevilya”nın heyətində Lukas Okampus fərqlənib. Fasiləyədək tarazlıq bərpa olunub. 34-cü dəqiqədə Leon Qoretska hesabı bərabərləşdirib. Görüşün əsas vaxtı heç-heçə olub. Əlavə hissələrdə hesab dəyişib. Xavi Martines “Bavariya”ya UEFA Superkubokunu qazandırıb. Münhen komandası tarixində 5-ci dəfə fəxri mükafata yiyələnib.