Tofiq Bəhramov adına Respublika stadionu "Qarabağ"ın oyununa hazırdır?

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" - "Sileks" (Şimali Makedoniya) oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü ideal vəziyyətdə deyil.
"Report"un məlumatına görə, mərkəzi arenanın bəzi yerlərində otun rəngi saralıb. Hazırda stadionda örtüyün hazır vəziyyətə gətirilməsi üçün işlər davam etdirilir.
Qeyd edək ki, avqustun 18-də keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq.