Atletik klubunun 6 futbolçusu koronavirusa yoluxdu

İspaniya "Atletik"i komanda üzvləri arasında keçirilən koronavirus testlərinin nəticələrini açıqlayıb.
"İç xəbər" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bilbao təmsilçisinin 6 futbolçusunda infeksiya aşkarlanıb.
Analizi müsbət çıxan oyunçulara artıq məlumat verilib və onlar özlərini təcrid ediblər.
Qeyd edək ki, təkrar testləşdirmə avqustun 14-də keçiriləcək.