Nurməhəmmədov ABŞ-a gedəcəyi vaxtı açıqladı

UFC çempionu, rusiyalı Həbib Nurməhəmmədov məşqlərə başladığını açıqlayıb.
"İç xəbər" xəbər verir ki, bununla bağlı o, “Instagram” hesabında məlumat verib.
Onun sözlərinə görə, amerikalı Castin Qetji ilə döyüşə hazırlaşmaq üçün ağır məşqlərdən keçməlidir.
31 yaşlı Həbib sentyabrda ABŞ-a gedəcəyini, orada Xavyer Mendesin rəhbərliyi alında “American Kickboxing Academy”də məşq edəcəyini bildirib.
Qeyd edək ki, Həbib ilə Qetji arasında döyüş oktyabr ayında baş tutacaq.