Muradbəyli Fəhmin"Neftçi"yə qayıtdı FUTBOL

"Neftçi” PFK-nın futbolçusu Fəhmin Muradbəyli komandamıza qayıdıb.
"İç xəbər" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin "Səbail” klubu ilə icarə müqaviləsi başa çatıb.
Qeyd edək ki, növbəti mövsümün hazırlığını komandamızın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illər ərzində "Neftçi”nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.