"Liverpul" klublararası dünya çempionatının qalibi olub

Qətərdə futbol üzrə klublararası dünya çempionatının final oyunu keçirilib.
"Report" xəbər verir ki, Dohadakı "Halifa İnternational" stadionunda "Liverpul" və "Flamenqo" komandaları qarşılaşıb.
Matçın əsas hissəsində qapılara qol vurulmadığından əlavə vaxt təyin edilib. Qarşılaşmanın 99-cu dəqiqəsində Roberto Firmino topu "Flamenqo"nun qapsından keçirərək, "Liverpul"u hesabda ön çıxarıb - 1:0. Bu, matçda vurulan yeganə qol olub. Bununla da "Liverpul" klublararası dünya çempionatının qalibi olub.
Qarşılaşmanı Qətərdən olan hakimlər briqadası idarə edib.