Oyununun hakimləri bilinib

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Düdelanj” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Oktyabrın 3-də baş tutacaq matçı şotlandiyalı ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim Con Biton olacaq. Ona Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Dördüncü referi funksiyasını Donald Robertson yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Con Eilif Skyervold (Norveç), UEFA nümayəndəsi Mixael Zoratti (Avstriya) olacaq.
Qeyd edək ki, qarşılaşma Lüksemburqun Jozi Bartel stadionunda baş tutacaq.