İngiltərənin “Nyukasl” klubunun yeni baş məşqçisi bilindi.

İngiltərənin “Nyukasl” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Premyer Liqa klubu Stiv Bryusun təyinatını açıqlayıb.
58 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb. O, baş məşqçi postunda Rafael Benitesi əvəzləyib.
Qeyd edək ki, S.Bryus bunadək “Birmingem”, “Uiqan”, “Sanderlend”, “Hall Siti” və “Aston Villa”da çalışıb.