“Ümid edirəm ki, evdə daha yaxşı oynamaq tendensiyası arxada qalacaq

“Ümid edirəm ki, evdə daha yaxşı oynamaq tendensiyası arxada qalacaq və səfərdə də eyni nəticə qazana biləcəyik. Çünki əvvəllər də səfərdə və ya azlıqda qaldığımız oyunlarda da yaxşı nəticələr əldə etmişik”.
Bunu Macarıstan yığmasının futbolçusu Peter Qulaçi deyib.
Təcrübəli qapıçı AVRO-2020-nin sabah Azərbaycan millisi ilə keçiriləcək matçı barədə fikirlərini bölüşüb: “Bizim Azərbaycanda hədəfimiz qol buraxmamaqdır. Bu da qələbənin əsas bazası ola bilər. Bakıda hücum futbolu oynamaq istəyirik. Çünki qalib gəlməliyik. Bu, ilk iki pillədən birini tutmaq üçün vacibdir. Rəqibimizin Avropada oynamış futbolçuları var. Bizimlə görüş onlar üçün qrupun digər komandalarına çatmaq üçün əla imkandır. Maksimum bacarığımızı nümayiş etdirsək, sabahkı görüşdə qalib gələ bilərik. Hücumla müdafiə arasında balansı qorumalıyıq ki, azərbaycanlılar bizi cəzalandırmasınlar”.
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan və Macarıstan milliləri arasında matç saat 20:00-da başlayacaq.