Messi həmişə klubda qalacaq.

"Barselona" futbol klubunun prezidenti oOsep Mariya Bartomeu bildirib ki, Messi həmişə klubda qalacaq. Bu barədə "Goal" portalı yazıb.
"Messi hətta 45 yaşına kimi də oynaya bilər. Kim bilir? Biz bilirik ki, ən azı o, 4-5 il oynayacaq. Ümumiyyətlə Messi istədiyi qədər oynaya bilər", - deyə İspaniya klubunun prezidenti qeyd edib.
Həmçinin Bartomeu onu da vurğulayıb ki, Messi dünya futboluna aid olsa da bütün həyatını "Barsa"da keçirib.