FİFA 2022-ci il Dünya çempionatının bəzi oyunlarının başqa ölkələrdə keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir.

FİFA 2022-ci il Dünya çempionatının bəzi oyunlarının başqa ölkələrdə keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir. Bunu ali futbol qurumunun (FİFA) prezidenti Canni İnfantino deyib.
"Küveyt və Oman ölkələri Qətərdə keçiriləcək dünya çempionatına kömək etməyə hazır olduqlarını bəyan ediblər. 2022-ci il Dünya çempionatında 32 deyil, 48 komanda iştirak edəcək. Oyunlar başqa ölkələrdə də keçirilə bilər",-deyə FİFA prezidenti əlvə edib.