Dünyada 1990-cı ildən etibarən bir çox klubların kanalları yaradılıb.

Dünyada 1990-cı ildən etibarən bir çox klubların kanalları yaradılıb. ilk dəfə 1997-ci ildə İngiltərə, daha sonra isə İspaniya, İtaliya klublarının kanalları fəaliyyətə başlayıb.
2000-ci illərdən etibarən klublar "YouTube"a keçərək fəaliyyətlərini internet üzərində də aparıblar. "YouTube"da ən çox abunə sayı İspaniya və İngiltərə klublarındadır. Siyahı ilə aşağıda tanış ola bilərsiniz:
"Barselona" (İspaniya) - 6 milyon izləyici
"Real" (İspaniya) - 4,3 milyon
"Liverpul" (İngiltərə) - 1,9 milyon
"Yuventus" (İtaliya) - 1,8 milyon
PSJ (Fransa) - 1,7 milyon
"Mançester Siti" (İngiltərə) - 1,6 milyon
"Mançester Yunayted" (İngiltərə) - 1,5 milyon
"Arsenal" (İngiltərə) - 1,2 milyon
"Çelsi" (İngiltərə) - 1,1 milyon
"Bavariya" (Almaniya) - 1 milyon
Azərbaycan klublarından "YouTube"da ən çox izləyicisi olan klub isə "Qarabağ"dır. "Neftçi" və "Qəbələ" ilk üçlükdə qərarlaşıblar.
"Qarabağ" - 19 min 689
"Neftçi" - 14 min 491
"Qəbələ" - 4 409
"Bakı" - 3 121 (kanal iki ildir fəaliyyət göstərmir)
"Xəzər Lənkəran" - 2 439 (kanal iki ildir fəaliyyət göstəmir)
"Kəpəz" - 1 898
"Sumqayıt" - 1 523
"Sabah" - 306
"Keşlə" - 149
"Zirə" - 12
"Səbail" - yoxdu