“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb

Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb. İdmançımız Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay Karate 1 Premyer Liqasında fərqlənib. Ağayev nüfuzlu yarışda 75 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Karateçimiz xorvatiyalı İvan Martinaçı 1:0, italiyalı Andrea Minardini 4:0, türkiyəli Erman Eltemuru 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Bəhmən Əsgəriyə 0:2 hesabı ilə uduzan Rafael bürünc medal uğrunda döyüşə çıxıb. Fransa təmsilçisi Loqan Da Kostanı məğlubiyyətə uğradan Ağayev turnirdə 3-cü yeri tutaraq bürünc mükafatın sahibi olub.