Məhəmməd Salah ən yaxşı futbolçusu seçilib

İngiltərənin "Liverpul" komandasının misirli hücumçusu Məhəmməd Salah Afrikada ilin ən yaxşı futbolçusu adına laiq görülüb.
Mükafatlandırma mərasimi Dakarda keçirilib. 26 yaşlı futbolçu ilə yanaşı mükafata iddia edənlər arasında onunla bir klubda çıxış edən Sadio Mane (Seneqal) və "Arsenal"ın forvardı Pyer-Emerik Obameyang (Qabon) olublar.
Qeyd edək ki, Salah bu mükafata artıq ikinci dəfə laiq görülür. Bu nominasiyada qələbə sayına görə rekordçular Eto'O və Yaya Turedir - 4 dəfə.