Turan Vəlizadə `Neftçi`yə transfer olundu

"Neftçi” transfer çalışmalarını davam etdirir.Klub gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlayıb.
18 yaşlı mərkəz yarımmüdafiəçisi komandanın heyətində 33 nömrəli formanı geyinəcək. "Əlincə”nin yetirməsi olan Turan Vəlizadə "Qarabağ" və "Fənərbağça" nın aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarında çıxış edib.
O, U-19 yığmamızın üzvüdür. Bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanmışdı.