27 yaşlı futbolçu Split şəhərində Dino Petrinoviçin xatirəsinə həsr olunmu ənənəvi turnirdə bacarığını göstərəcək.

Topaz Premyer Liqasında yaranmış qış fasiləsi ilə əlaqədar Xorvatiyaya yollanan "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç futzal yarışında çıxış edəcək.
27 yaşlı futbolçu Split şəhərində Dino Petrinoviçin xatirəsinə həsr olunmu ənənəvi turnirdə bacarığını göstərəcək. 17-ci dəfə təşkil olunan xeyriyyə məqsədli turnir dekabrın 26-da keçiriləcək və orada 4 komanda mübarizə aparacaq.
Oqnyen Vukoyeviç, Milan Rapaiç, İvitsa Mornar, İvitsa Oliç, Niko Krançar, İvan Klasniç kimi məşhurların da qatılacağı yarışda yarışda İqor Tüdor və Robert Yarni kimi mütəxəssislər baş məşqçi qismində olacaqlar.