Sulşer `Mançester Yunayted`in baş məşqçi əvəzi təyin olunub

Mançester Yunayted" klubunun sabiq ulduz siması Ule-Qunnar Sulşer 2018/19 mövsümü üçün baş məşqçi əvəzi təyin olunub. Norveçli futbol mütəxəssisi buna qədər "Molde"ni çalışdırıb.
Məlumatı klubun rəsmi internet saytı təsdiqləyib.
Bildirilir ki, "Mançester"də baş məşqçi səlahiyyətlərini icra edəcək Sulşerə Maykl Kerrik, Maykl Felan və Kiran Makkena yardım edəcək.