Futbolçu irqçi hücuma məruz qaldı

"Mançester Siti"nin ulduz futbolçusu Rahim Sterlinq irqçiliyə məruz qalıb. 24 yaşlı futbolçuya rəqib komandanın azarkeşləri tərəfindən “pis zənci” deyilib.
Olay İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Siti"nin səfərdə "Çelsi"yə məğlub olduğu oyunda (0:2) baş verib. London polisi hadisəyə görə araşdırma başladıb.