Kamran Quliyev klubun transfer planları barədə danışıb.

"Neftçi"nin prezidenti Kamran Quliyev klubun transfer planları barədə danışıb.
O, jurnalistlərə açıqlamasında qış transfer pəncərəsində komandaya 2-3 yeni oyunçu cəlb ediləcəyini bildirib:
"Bəli, ola bilər ki, güclənək. Ancaq etiraf edim ki, qış və yay transfer mövsümləri fərqlidr. Qışda yaxşı oyunçu tapmaq müşkül məsələdir. Bəzi oyunçularla danışıqlarımız olub. Komandaya gələcəkləri gözlənilir. Ancaq hələ heç kimlə müqavilə imzalamamışıq. Uzağı 2-3 yeni futbolçu ilə anlaşacağıq. Kimlərsə gedə bilər. Yerli futbolçulardan komandamızı gücləndirmək potensialında olanları görmürük".