Hollandiya yığmasının sabiq futbolçusu Aryen Robben Münhen "Bavariya"sında çıxışını başa vuracaq.

Hollandiya yığmasının sabiq futbolçusu Aryen Robben Münhen "Bavariya"sında çıxışını başa vuracaq. "Bild" bildirir ki, 34 yaşlı futbolçu 10 il çıxış etdiyi klubu cari mövsümün sonunda tərk edəcək.
"Bu, mənim "Bavariya"da son mövsümümdür. Mən bu klubda gözəl 10 il keçirdim",-deyə Robben əlavə edib.
Bildirilir ki, mövsümsonu klubu tərk edənlər arasında fransız Frank Riberi, ispan Xavi Martines, eləcə də almanlar Tomas Müller, Cerom Boatenq və Mats Hummels də var.