Aleksandr Şovkovski siyasətçiləri `ağılsız` adlandırıb

Ukrayna futbolunun canlı əfsanəsi, yığma komandanın baş məşqçisinin köməkçisi Aleksandr Şovkovski Facebook səhifəsində ölkəsindəki mövcud vəziyyət barədə fikirlərini bölüşüb. Sabiq qapıçı hesab edir ki, ölkə telekanallarına baxmağa dəyməz.
"Mən uzun müddətdir ki, mənəvi zibilxananın şəffaf pəncərəsinə (telekanallar) baxmıram. Ancaq həyat bəzən məcbur edir. Bazar günü baş verən olay məni televizor pultunun tozunu təmizləməyə və onu yandırmağa məcbur etdi. Bir daha Ali Radasının iclasını müşahidə etdim. Mən demirəm ki, bizim dövlət başçısı postuna bəzi namizədlər ağılsızdır, mən buna artıq əminəm. Şadam ki, bunda səhv etməmişəm. Özünüzü qoruyun və TV-yə az baxın",-deyə Şovkovski qeyd edib.