Venger `Bavariya`nın məşqçisi olmağa razılıq verib

London "Arsenal"ının sabiq baş məşqçisi Arsen Venger "Bavariya"nı çalışdıra bilər. Bu barədə "The Telegraph" qəzeti yazıb.
Bildirilir ki, Venger 2019-cı ilin əvvəlindən fəaliyyətə başlamağa hazırdır. Fransızın namizədliyi Niko Kovaçın potensial əvəzedicisi kimi münhenlilərin direktorlar şurası tərəfindən müzakirə olunub.
Ehtimal olunur ki, "Bavariya" Çempionlar Liqasında "Benfika"ya məğlub olacağı təqdirdə baş məşqçini qovacaq.