idmançılar gecə klublarının bağlanılmasını təklif etdi

Yüngül çəki dərəcəsində qaydasız döyüş üzrə (UFC) çempion Həbib Nurməhəmmədov və olimpiya çempionu Əbdülrəşid Sadulayev Dağıstan ərazisində gecə klublarının bağlanılmasını təklif ediblər. Bu barədə idmançılar öz Instagram səhifələrində yazıblar.
"Tam dəstəkləyirəm. Həmyerlilərimə belə bir sual ünvanlayıram: gecə klubları cəmiyyətimizə nə fayda verir?",-deyə Nurməhəmmədov paylaşım edib.
Qaydasız döyüşçünün bu təklifini sərbəst güləş üzrə olimpiya çempionu Sadulayev də dəstəkləyib: "Xəbər saytları məlumat verir ki, Mahaçqaladakı gecə klublarının birində atışma baş verib. Bir nəfər öldürülüb, bir neçə nəfər yaralanıb, digərləri axtarışdadır - bu münaqişənin sonu belə kədərlidir. Bu "yerlərdə istirahət üçün" xoşagəlməz hadisələr çox tez-tez baş verir. Bizim üçün bu yerlərdə zərərdən savayı heç nə yoxdur".
Qeyd edək ki, Maxaçqalada bazar günü gecə klubunda atışma baş verib. Milli Qvardiyanın əməkdaşı davanın qarşısını almağa çalışarkən həlak olub.