Şahmat-Dama Klubunun yetirməsi,

İspaniyanın Santyaqo de Kompostela şəhərində 8, 10, 12 yaşadək qızlar və oğlanlar arasında şahmat üzrə Dünya birinciliyinə yekun vurulub. Azərbaycanda ilk dəfə olaraq Şahmat-Dama Klubunun yetirməsi, bu ilin Avropa çempionu - Azadəliyev Cahandar (Məşqçi - Şilyayev Valeriy) 8 yaşadək oğlanlar arasında Dünya birinciliyində Gümüş medal qazanıb. Bu barədə HİRŞDK-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 135 işitirakçı arasında 9 xal toplayan Cahandar əsl əzmkarlıq göstərərək sona gədər mübarizə aparıb və uğurlu nəticə əldə edib.
"Məktəbimizin digər yetirməsi, Avropa birinciliyinin ikiqat gümüş mükafatçısı Səmədov Read (Məşqçi-Allahverdiyev Xanlar/Əməkdar məşqçi) 202 nəfər şahmatçı arasında 7 xalla 10-cu yerə çıxdı (U-12)", - deyə məlumatda bildirilir.