Habib Nurmaqomedova Dağıstan hökumətində iş təklif edilib

UFC titulunu qazanan ilk Rusiya vətəndaşı Həbib Nurmaqomedova Dağıstanın dövlət başçısının köməkçisi vəzifəsi təklif edilib. TASS bu barədə xəbər verib.
«Biz bu məsələni tezliklə regionun rəhbəri Vladimir Vasilyev ilə gözlənilən görüşdə müzakirə edəcəyik», - deyə Nurmaqomedov açıqlama verib.
Qeyd edək ki, noyabrın 6-da Həbib Nurmaqomedov regional hökumətdən «Dağıstan Respublikası qarşısında xidmətlərinə görə» mükafatını almışdı, atası isə «Dağıstan Respublikasında fiziki mədəniyyət və idman sahəsində xidmətlərinə görə» medalı ilə təltif edilmişdi.
Xatırladaq ki, oktyabr ayının əvvəllərində Həbib Nurmaqomedov Las-Veqas-da yüngül çəkidə UFC çempionu adı uğrunda döyüşdə Conor McGregor-a qalib gəlib və çempion adını qoruyub.