Poçettino `Real Madrid`i çaışdırmaqdan imtina etdi

Londonun "Tottenhem" klubunun baş məşqçisi Maurusio Poçettino "Real"ı çalışdırmaqdan imtina edib. Bu barədə Britaniya mətbuatı yazıb.
Argentinalı mütəxəssis Madrid klubunun illik 15 milyon funt sterlinq maaş təklifinə müsbət cavab verməyib. O, ən azı mövsümünün sonuna kimi İngiltərə təmsilçisində qalacağını açıqlayıb.
Qeyd edək ki, "Real" ötən həftə baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib. Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Santyaqo Solari yerinə yetirir.