Vacib oyun öncəsi "Qalatasaray"da 2 ciddi itki

"Qalatasaray" 2 vacib futbolçusunun xidmətindən məhrum olub.
"cim bom"un yarımmüdafiəçiləri Qari Rodriqes və Henri Onyekuru zədələnib.
Rodriqes bu gün Super Liqanın 9-cu turu çərçivəsində "Bursaspor"la keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək. Onun 24 oktyabr tarixində "Şalke" ilə Çempionlar Liqası matçında oynayıb-oynamayacağı bilinmir.
Digər zədəli futbolçu Henri Onyekurunun durumu isə ciddidir. Əzələsində problem olan vinger 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.