Həbib Makqreqorla revanş döyüşündən imtina etdi

Gündəmdən düşməyən UFC çempionu Həbib Nurmaqomedov irlandiyalı rəqibi Konor Makqreqorla revanş döyüşündən imtina edib.
Həbibə döyüş qarşılığında 15 milyon dollar qonorar təklif olunusa da, o, bundan imtina edib.
Həbibin əmisi Aleks Nurmaqomedov deyib ki, Həbib üçün revanş maraqsızdır və o, Makqreqorla heç bir pul qarşılığında döyüşmək istəmir.
Onun sözlərinə görə, 30 yaşlı Həbib Toni Fergusonla döyüşdükdən sonra karyerasına son qoymaq istəyir.