Aleks İvobi: `Qarabağ`a qol vurmağa çalışacağam

"Meydana çıxdığım görüşlərdə şanslardan yaxşı istifadə etməliyəm. "Uotford"la matçda qol imkanlarından yararlana bilmədim. Baş məşqçi “Qarabağ”la oyunda mənə şans versə, qol vurmağa çalışacağam”. Bu sözləri "Arsenal"ın futbolçusu Aleks İvobi Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la səfər oyunu öncəsi deyib.
Nigeriyalı yarımmüdafiəçi hazırda özünü tam yaxşı formada hiss etdiyini bildirib: "Topla daha inamlı oynayıram. Baş məşqçi Unay Emeri mənə məşqlərdə çox kömək olur. Mənə bacarıqlarımı necə inkişaf etdirməli olduğumu göstərir. Onun oyun üslubuna uyğunlaşdığımı düşünürəm. Məşqlərdə daha aktivəm. Fikrimcə, baş məşqçi etdiklərimdən məmnundur".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” matçı oktyabrın 4-ü yerli vaxtla saat 20:55-də başlayacaq.